Sumqayıt şəhərində qanvermə aksiyası həyata keçirilir.
Məlumata görə, aksiya Sumqayıt Tibb Mərkəzi (STM) və Respublika Qan Bankının birgə təşkilatçılığı ilə Təcili Tibbi Yardım Xəstəxanasında təşkil edilir.
Əsas məqsəd qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım etməkdir.
Qan vermək istəyən şəxslər Təcili Tibbi Yardım Xəstəxanasına müraciət edə bilərlər.
Qeyd edək ki, aksiya yalnız bu gün keçirilir.
Video: Şəmistan Fikrətli