Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən karate üzrə "Tbilisi Open-2026" beynəlxalq turnirində Sumqayıt idmançıları uğurlu nəticə göstəriblər.
Sumqayit24.az xəbər verir ki, yeddi ölkədən 600 idmançının qatıldığı yarışda böyüklər arasında həmşəhərlilərimizdən Vahid Həsənov (+84 kq) qızıl, Hacıəli Vəlizadə (-84 kq) isə bürünc medal qazanıb.