Sumqayıt sakini Şamaxı rayonunda döyülüb. Bu haqda 18 avqust tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
Hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Sumqayıt şəhər sakini, 50 yaşlı Sevindik İmamquliyev küt alətlə döyülüb. O, rayon xəstəxanasına yerləşdirilib.
Polis əməkdaşları tərəfindən zərərçəkənə xəsarət yetirən İsmayıllı rayon sakini Allahverdi Mahmudov saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.