top
Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi.

Sumqayit24.az hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

3 oktyabr - müharibənin 7-ci günü

"Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan Bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!" Bu barədə Prezident, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter səhifəsində bildirib.

• Prezident İlham Əliyev Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərinin işğaldan azad edilməsi barədə məlumat verib.

• Dövlətimizin başçısı işğaldan azad olunan Madagizin tarixi adını bərpa edərək onun Suqovuşan adlandırıldığını elan edib.

• Müdafiə Nazirliyi müharibənin ilk həftəsində düşmənin ümumi itkilərinin sayını açıqlayıb. Məlumata görə, Ermənistan tərəfi yeddi gündə 230-dək tank və digər zirehli texnika, 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 38 ədəd hava hücumundan müdafiə vasitələri, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 7 silah-sursat anbarı, 130-dan çox avtomobil texnikası, 1 ədəd "S-300" zenit-raket kompleksi itirib.

• Baş Prokurorluğun məlumatına görə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində 19 mülki şəxs həlak olub, 63 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Baş Prokurorluq tərəfindən 12 cinayət işi başlanıb.

• Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdən videogörüntülər yayılıb.

• Azərbaycanın Müdafiə Nazirliyi düşmənin ağır itkilər verməsini və hərbi texnikasına sarsıdıcı zərbələr endirilməsini əks etdirən yeni görüntülər paylaşıb.

• Müdafiə Nazirliyi: Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb.

• Ermənistan ordusunun bölmələri Naftalanın Qaşaltı Qaraqoyunlu kəndini, Tərtər rayonunda məcburi köçkünlər üçün salınmış yaşayış kompleksini, Ağcabədi rayonunun Hindarx qəsəbəsini və digər yaşayış məntəqələrini ağır silahlardan və artilleriya qurğularından atəşə tutub. Onlarla ev və infrastruktur obyekti dağılıb, yaxud ziyan çəkib.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
Dünən, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
Dünən, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
Dünən, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
Dünən, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda zəhərlənən şagirdlərin sayı 21-ə çatdı

Bütün xəbərlər
Dünən, 12:11

Sumqayıtda şagirdlər istifadə müddəti bitmiş şirniyyatdan zəhərlənib? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 12:10

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Bütün xəbərlər
Dünən, 11:40

Sumqayıtda yaranan antisanitar vəziyyət aradan qaldırılıb

Bütün xəbərlər
Dünən, 11:08

Sumqayıtda əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirilib

Bütün xəbərlər
Dünən, 10:35

Uzun illər Sumqayıtda çalışan müəllim vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:00

Sumqayıtın bu əraziləri işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 09:49

Sumqayıtda kollecə YENİ TƏYİNAT

Bütün xəbərlər
Dünən, 09:09

Sumqayıtda ərindən boşanmaq istəyən qadının dəhşətli sonu

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük müharibənin 6-cı günü - Düşmən bayrağı ələ keçirilib

Bütün xəbərlər
01 oktyabr 2026, 19:00

Sumqayıtda bu tarixlərdə güclü külək əsəcək

Bütün xəbərlər
01 oktyabr 2026, 18:30

Sumqayıtlıların kabusu - kanalizasiya problemi, əlavə xərc, natəmiz şərait

Bütün xəbərlər
01 oktyabr 2026, 17:50

Sumqayıta güclü yağış yağacaq - XƏBƏRDARLIQ

İdman
01 oktyabr 2026, 17:33

"Sumqayıt"ın baş məşqçisi: "Mövsümün sonunda layiq olduğumuz yerdə qərarlaşmaq istəyirik"

Oxşar xəbərlər