Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Gecə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-14°, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm-ə yüksələcək. Nisbi rütubət isə gecə 65-75%, gündüz 50-60% olacaq.