Sumqayıt şəhərində 46 yaşlı kişi tanışına xəsarət yetirib.
Məlumata görə, hadisə İnşaatçılar qəsəbəsində baş verib. Belə ki, 1980-ci il təvəllüdlü Aqil həmin ərazidə tanışı Bəhruzla (adlar şərtidir – red.) mübahisə edib. Nəticədə o, Bəhruzu döyərək, xəsarət yetirib.
Aqil barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Zərərçəkən də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Mənbə: Demokrat.аz