top
Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər
Bu gün, 13:40
- ↺ +

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Azərbaycanda alternativ enerjinin gələcəyi yalnız günəş və küləklə kifayətlənməyə bilər. Yaxın gələcəkdə daha bir təbiət hadisəsindən – dalğalardan enerji almaq mümkündür. Məsələn, İtaliya artıq Aralıq dənizindən enerji almaq üçün qurğular sınaqdan keçirir.

Bəs Azərbaycan Xəzərin dalğalarından elektrik ala bilərmi?

Hər gün dəfələrlə şahə qalxıb əslində bizə təbiətin sadə hadisəsi kimi görünən dalğaların gələcəkdə xeyli faydası ola bilər. Mütəxəssislər bildirirlər ki, Xəzərin dalğasını faydalı enerjiyə çevirmək mümkündür. Texnologiya buna artıq imkan verir. Amma təbii şəraitdə bunun nə qədər səmərəli olub-olmaması araşdırılır. Belə ki, Xəzər böyük dənizlər və okean qədər güclü dalğalara malik deyil. Buna görə də dalğa enerjisinin alınmasının maya dəyəri hazırda günəş və külək enerjisi ilə müqayisədə daha çox xərc tələb edir. İstənilən halda dalğadan enerji almaq üçün konkret sahillər müəyyənləşdirilib. Ötən il Azərbaycan alimləri tərəfindən aparılmış araşdırmada Azərbaycanın Xəzər sektorunda dalğa enerjisi potensialının xüsusilə Bakı-Abşeron sahillərində, konkret olaraq Sumqayıt və Novxanıda yüksək olduğu göstərilib.

Məlumat üçün bildirək ki, Portuqaliya hazırda Avropada ən əsas dalğa enerjisi mərkəzlərindən biridir. Bundan başqa, Böyük Britaniya, Fransa, Niderland, İspaniya və Kanar adalarında müxtəlif dalğa qurğuları sınaqdan keçirilib.

Amma İtaliya nümunəsi Azərbaycana daha yaxındır. Çünki Aralıq dənizində nisbətən sakit dalğalar mövcuddur. Yəni dalğaların miqyasına görə, Aralıq dənizi Xəzər dənizindən çox da fərqlənmir.

Qeyd edək ki, Azərbaycanın hazırkı dövlət proqramlarında da əsas ağırlıq günəş, külək, hidro və şəbəkə/infrastruktur layihələrinə verilir; 2026-cı ilin sentyabrında Energetika Nazirliyi 2032-ci ilə qədər təxminən 8 QVt bərpa olunan enerji gücünün inkişafının planlaşdırıldığını açıqlayıb.

Mənbə: Bizim.mediа

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Bu gün, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Bu gün, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
Dünən, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
Dünən, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
Dünən, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
Dünən, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda zəhərlənən şagirdlərin sayı 21-ə çatdı

Bütün xəbərlər
Dünən, 12:11

Sumqayıtda şagirdlər istifadə müddəti bitmiş şirniyyatdan zəhərlənib? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 12:10

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Bütün xəbərlər
Dünən, 11:40

Sumqayıtda yaranan antisanitar vəziyyət aradan qaldırılıb

Bütün xəbərlər
Dünən, 11:08

Sumqayıtda əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirilib

Bütün xəbərlər
Dünən, 10:35

Uzun illər Sumqayıtda çalışan müəllim vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:00

Sumqayıtın bu əraziləri işıqsız qalıb

Oxşar xəbərlər