Sumqayıtda zəhərlənən şagirdlərin son vəziyyəti açıqlanıb.
TƏBİB-dən Sumqayit24.az-a verilən məlumata görə, zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunan 21 nəfərə (17 kişi cinsli, 4 qadın cinsli) zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, zəhərlənən şəxslər 36 nömrəli tam orta məktəbin şagirdləridir.