top
Adlarını tarixə əbədi yazdıran sumqayıtlı şəhidlərimizin doğum günüdür
22 iyul 2026, 11:03
- +

Adlarını tarixə əbədi yazdıran sumqayıtlı şəhidlərimizin doğum günüdür

Bu gün sumqayıtlı şəhidlərin doğum günüdür.

Nurlan Ağakişiyev 2002-ci il iyulun 22-də Sumqayıt şəhərində anadan olub.

2008-2017-ci illərdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-2019-cu illərdə isə Bakı İdarəetmə və Texnologiya Kollecində təhsilini davam etdirib. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Nurlan Ağakişiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Ağdam rayonu istiqamətində sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Nurlan Ağakişiyev ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

***
Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Sumqayıt şəhərində anadan olub.

1997-2005-ci illərdə Nəsimi rayonu, 159 nömrəli tam orta məktəbdə, 2005-2008-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM), 2010-2013-cü illərdə isə Almaniyada Hərbi Liseydə "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsili davam etdirib. Evli idi, bir övladı yadigar qalıb.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Mustafayev oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Nurlan Mustafayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:40

500, 503 və 508 nömrəli avtobuslar üçün YENİ DAYANACAQ

Bütün xəbərlər
Bu gün, 16:12

Bakıya gedən sumqayıtlılara şad xəbər - PULSUZ OLACAQ

Bütün xəbərlər
Bu gün, 15:50

Sumqayıtda kanalizasiya qəzaları aradan qaldırılacaq

Bütün xəbərlər
Bu gün, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Oxşar xəbərlər