Sumqayıtın tanınmış jurnalisti yeni kitabını kitabxanaya hədiyyə edib. Sumqayıt24 bu haqda 22 iyun tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Azərbaycanın Əməkdar jurnalisti Eyruz Məmmədov “Atam haqqında xatirələrim” kitabını nəşr edib. Burada onun atası, Əməkdar poliqrafist Surxay Məmmədov barədə xatirələr toplanılıb. Həmin kitab MKS-a aid kitabxanaya təqdim edilib.