top
Azərbaycanın milli təhlükəsizlik orqanları 106 yaşını qeyd edir
27 mart 2025, 23:30
- ↺ +

Azərbaycanın milli təhlükəsizlik orqanları 106 yaşını qeyd edir

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 106-ci ili tamam olur.

Sumqayit24.az xatırladır ki, bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

Artıq 28 ildir ki, ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 mart tarixini peşə bayramı günü kimi qeyd edirlər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən, mövcud quruluşu qorumaq, ideologiyaya zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.

Uzun müddət bu xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına imkan verilməyib. Yalnız gənc yaşlarından özünün yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitri kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi orqanında rəhbər vəzifələr tutduqdan sonra şəxsi heyətdə yerli və milli kadrların sayının artırılması, onların irəli çəkilməsi, eyni zamanda, azərbaycançılıq ruhunda tərbiyəsi mümkün olub. Ümummilli Lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlanıb. Mənalı və şərəfli ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən Ümummilli Lider o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail olub. Ulu Öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynayıb.

Bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Ölkədə güclü ordu quruculuğu siyasəti yürüdən dövlətimizin başçısının uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatlarının aparılmasını da diqqət mərkəzində saxlayır. Bu islahatların mühüm tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, ilk növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb. Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib, onların tərkibinə daxil olanlar cinayət məsuliyyətinə cəlb ediliblər. Bu dövrdə transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi uğurlar qazanılıb. Son illərdə ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.

Azərbaycanın təhlükəsizlik orqanları peşə bayramlarını artıq unudulmaz hisslərlə - Qələbə əhvali-ruhiyyəsi ilə qeyd edirlər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Zəfərin qazanılmasında, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var. Müharibənin nəticələrinin təhlili və əldə olunan təcrübə milli təhlükəsizliyin etibarlı təminatı, Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin artırılmasında önəmli amil olub.

DTX-nin əməkdaşlarının 44 günlük Vətən müharibəsində tarixi Qələbənin qazanılmasına verdikləri töhfələrə həsr edilmiş "Görünməyən qəhrəmanlar" adlı sənədli film çəkilib. Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik tarixindən bəhs edən "Azərbaycan təhlükəsizlik orqanları - 100 il. Təhlükəsizlik tariximizin səhifələrindən (1919-2019)" adlı kitab işıq üzü görüb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:28

Sumqayıtın bu yolu daha neçə can alacaq? - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda zibil problemi yanğın təhlükəsi yaradıb? - sakinlərdən SOS

Bütün xəbərlər
Bu gün, 15:26

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar tədbir keçirildi

Bütün xəbərlər
Bu gün, 14:38

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 13:56

Sumqayıt Dövlət Universitetindən beynəlxalq reytinqdə böyük irəliləyiş

Bütün xəbərlər
Bu gün, 12:59

Sumqayıtda sərnişinlərin rahatlığını pozan avtobus – ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 12:07

Sumqayıtda Anım Günü ilə bağlı tədbir keçirildi

Bütün xəbərlər
Bu gün, 11:23

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Bütün xəbərlər
Bu gün, 10:28

19 yaşında şəhid olan əsgərimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:54

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Bütün xəbərlər
Bu gün, 09:19

Sarayda israf olunan suya sakinlərdən ETİRAZ

İdman
Dünən, 18:05

İngiltərəli basketbolçu "Sumqayıt"da

İdman
Dünən, 17:13

Sumqayıtlı idmançı Afinada dünya çempionu oldu

İdman
Dünən, 16:13

Litva-Azərbaycan qarşılaşmasının hakimləri bəlli oldu

Bütün xəbərlər
Dünən, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
Dünən, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:33

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Bütün xəbərlər
Dünən, 13:33

Sumqayıtda qəzada ölən şəxs kapitan imiş…

Bütün xəbərlər
Dünən, 13:00

Mehdi Hüseynzadə adına stadionda təlim

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda qəza - "BMW" ilə "VAZ" toqquşdu

Bütün xəbərlər
Dünən, 11:53

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlayır

Bütün xəbərlər
Dünən, 11:34

Hərbçilərə pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Bütün xəbərlər
Dünən, 11:29

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

Bütün xəbərlər
Dünən, 11:13

Hərbçilərin maaşları bu qədər artacaq

Oxşar xəbərlər