Sumqayıtda Beynəlxalq Yer Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Bu haqda 22 aprel tarixində Sumqayıt24 xəbər verir.
“Azərikimya” İB-nin sanitar mühafizə zonasında təşkil olunan aksiyada birliyin idarəetmə aparatından, Etilen-polietilen zavodundan və Təmir-tikinti Idarəsindən ümumilikdə 120 nəfər iştirak edib. Ərazidə 1000 ədəddən artıq müxtəlif növ ağac əkilib.