Sumqayıtda mikrorayonlardan birində suyun tez-tez kəsilməsi narazılıq yaradıb.
Bu barədə Sumqayit24.az-a 11-ci mikrorayon, 4 saylı yaşayış binasının sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, son günlər 11-ci mikrorayon ərazisində su xəbərdarlıq edilmədən kəsilir.
"Saatlarla susuz qalırıq. Kəsintinin səbəbi barədə sakinlərə hər hansı məlumat verilmir. Bu vəziyyət gündəlik məişət işlərinin görülməsində çətinlik yaradır. Xahiş edirik, bu məsələyə aydınlıq gətirilsin", - deyə sakinlər bildiriblər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.