Bakı-Quba yolunun kənarlarında yaşıllıqlar salınır. Bu haqda 10 aprel tarixində Sumqayıt24 xəbər verir.
Mövsümlə əlaqədar olaraq, Bakı-Quba yolunun şəhər ərazisindən keçən hissəsində 1 500 aliandra, 1 000 tuya, 2 000 Eldar şamı əkilib. Mövcud ağaclara aqrotexniki qulluq göstərilib. İşlər MKTİB-nin Yaşıllaşdırma İdarəsi tərəfindən həyata keçirilib.