Bakı–Sumqayıt yolunda zəncirvari qəza baş verib. Bu haqda 29 aprel tarixində Sumqayıt24 Avtosfer.az-a istinadən məlumat verir.
Hadisə aprelin 28-də qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "Mercedes Vito" markalı avtomobil 2 maşınla toqquşub. Qəza nəticəsində "Toyota Prius" markalı avtomobilə ciddi ziyan dəyib.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.