Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
- 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
- Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.