Bayram günlərində Sumqayıt şəhərində peyvəndlənənlərin sayı açıqlanıb. Bu haqda bu gün, 26 mart tarixində DünyaTV xəbər verir.
3 nömrəli Ailə Sağlamlıq mərkəzinin rəhbəri Maisə İsmayılovanın sözlərinə görə, geyri-iş günləri ərzində 200-dən çox peyvənd olunub. Onların arasında 1-ci, 2-ci, həmçinin buster doza olduğu bildirilib.
Bundan əlavə İsmaylova qeyd edib ki, mərkəzdə ümumilikdə 66 mindən çox sakinə peyvənd vurulub. Tibb müəssisəsində peyvəndlənmə “Sinovac” və “Pfizer” vaksinləri ilə aparılır.