top
Bu gün görkəmli NOVXANILI alimin doğum günüdür
04 fevral 2026, 16:11
- +

Bu gün görkəmli NOVXANILI alimin doğum günüdür

Dünya şöhrətli alim Lütfi Zadənin doğum günüdür.

Sumqayit24.az xəbər verir ki, görkəmli alim Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Novxanı qəsəbəsində anadan olub. Atası Rəhim Ələsgərzadə jurnalist, anası Faniya Koriman isə pediatr kimi fəaliyyət göstərib.

Lütfi Zadə 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib. Daha sonra ABŞ-də Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində təhsil alaraq magistr və doktorluq elmi dərəcələrinə yiyələnib. O, 1959-cu ildən Kaliforniya Universitetinin Berkli kampusunda professor kimi çalışıb, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edib.

Alimin elmi irsində xüsusi yer tutan "qeyri-səlis məntiq" nəzəriyyəsi ilkin dövrlərdə ABŞ-də geniş qəbul olunmasa da, 1980-ci illərdə Yaponiyada böyük maraq doğurub. Hazırda bu nəzəriyyə "Mitsubishi", "Toshiba", "Sony" kimi aparıcı yapon şirkətlərində tətbiq olunur. Bundan əlavə, Lütfi Zadənin "vəziyyətlər fəzası", eləcə də "dinamik sistemlərin idarəolunması və müşahidə olunması" ilə bağlı nəzəriyyələri NASA-da istifadə edilir.

Lütfi Zadə elmi fəaliyyətinə görə bir sıra nüfuzlu beynəlxalq mükafatlara, o cümlədən "Richard Hamming", "Rufus Oldenburger", "Egleston" və "Benjamin Franklin" medallarına layiq görülüb. O, həmçinin Azərbaycanın "Dostluq" ordeni və Nizami Gəncəvi adına qızıl medalı ilə təltif olunub. 2001-ci ildə AMEA-nın fəxri (xarici) üzvü seçilib.

Görkəmli alim 6 sentyabr 2017-ci ildə ABŞ-nin Berkli şəhərində vəfat edib və Bakıda I Fəxri xiyabanda dəfn olunub. 2019-cu ildə isə ADA Universitetində Lütfi Zadənin adını daşıyan təqaüd təsis edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:59

Sumqayıt bulvarında gecə gəzintisinə çıxan "qonaqlar"

Bütün xəbərlər
Bu gün, 09:11

Dostuxanım Zülfüqarova dünyasını dəyişdi...

İdman
Dünən, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Dünən, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Dünən, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Bütün xəbərlər
Dünən, 16:15

Azərbaycanda bu məhsulların idxal gömrük rüsumu 20 dəfə artırılıb

Bütün xəbərlər
Dünən, 15:45

Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü

Bütün xəbərlər
Dünən, 15:05

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıtın deputatları qəbul keçirəcəklər - CƏDVƏL

Bütün xəbərlər
Dünən, 14:27

Sumqayıtda liftlərə rəqəmsal nəzarət: sistem necə işləyir?

Bütün xəbərlər
Dünən, 13:38

Bakı–Sumqayıt yolundakı faciəvi qəza: DYP-dən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:34

İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salınıb

Bütün xəbərlər
Dünən, 12:01

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

Bütün xəbərlər
Dünən, 11:39

İham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Bütün xəbərlər
Dünən, 10:42

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Bütün xəbərlər
Dünən, 10:15

"Avtovağzal" metrosunda ödənişsiz giriş - SON VƏZİYYƏT

Bütün xəbərlər
Dünən, 09:51

DYP piyadalara müraciət etdi

Bütün xəbərlər
Dünən, 09:30

"Adamın ağlamağı gəlir": sumqayıtlıların bitmək bilməyən problemləri

Bütün xəbərlər
22 sentyabr 2026, 18:40

Gündəlik qəza təhlükəsi ilə üzləşən saraylılardan təklif

Bütün xəbərlər
22 sentyabr 2026, 18:15

Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRAD

İdman
22 sentyabr 2026, 17:50

"Sumqayıt" basketbol klubu bu oyunçusu ilə müqavilənin müddətini uzadıb

Oxşar xəbərlər