top
Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRAD
22 sentyabr 2026, 18:15
- ↺ +

Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRAD

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisin deputatı gecə saatlarında Sumqayıtda və digər iri şəhərlərdə tikinti işlərinin aparılmasına etiraz edib.

Məlumata görə, Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deyib ki, Bakı, Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə tikinti-quraşdırma işlərinin nizamsız aparılması bir neçə üst-üstə düşən problemi ortaya çıxarır.

Deputat qeyd edib ki, bir çox tikinti şirkəti, xüsusilə beton tökmə, örtük işləri və ya yükdaşıma kimi əməliyyatları gecə saatlarında (22:00–06:00) və ya bazar və bayram günlərində aparır:

"Çünki gündüz vaxtı bu işlər ya küçə nəqliyyatının hərəkəti ilə üst-üstə düşür, ya da işçi qüvvəsindən "24 saat" rejimində istifadə etmək iqtisadi cəhətdən daha sərfəli olur. Nəticədə sakinlər yuxu və istirahət hüququndan məhrum olurlar.

Bakı, Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə tikinti işləri, eləcə də xarici quraşdırılan istilik və havalandırma avadanlıqları səbəbindən yaranan səs-küyün konkret saat və desibel həddi ilə tənzimlənməsi yoxdur. 796 nömrəli Fərman səs-küy səviyyəsini qismən tənzimləsə də, konkret saat cədvəli yoxdur və icra mexanizmində boşluqlar var. Hansı orqanın operativ reaksiya verməli olduğu və ölçmə aparmalı olduğu aydın deyil. Sakin şikayət etdikdə, çox vaxt "bizim səlahiyyətimizdə deyil" cavabı ilə rastlaşır.

Bələdiyyə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya Nazirliyi və digər qurumlar arasında səlahiyyət bölgüsü aydın deyil. Heç birinin 24 saat işləyən, dərhal sahəyə çıxan mobil ölçmə qrupu yoxdur. Cərimələr də ya minimal məbləğdədir, ya da nadir hallarda tətbiq olunur. Bu da böyük tikinti şirkətləri üçün "gözlənilən xərc" kimi qəbul edilir və çəkindirici təsir göstərmir.

Tikinti materiallarının örtülmədən daşınması, qazıntı sahələrinin sulanmaması, tikinti tullantılarının küçəyə səpələnməsi böyük şəhərlərin artıq yüksək olan hava tozluluğu və çirklənməsi problemini gücləndirir. Problemi kökündən həll etmək üçün Şəhərsalma və Tikinti Məcəlləsində (əsas baza), İnzibati Xətalar Məcəlləsində, "Ekoloji təhlükəsizlik haqqında" qanunda və yerli özünüidarəetmə, bələdiyyə səlahiyyətləri ilə bağlı qanunvericilikdə də dəyişikliklərə ehtiyac var".

Mənbə: Apa

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Dünən, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Dünən, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Dünən, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
05 noyabr 2026, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Oxşar xəbərlər