Bu gün Vətən müharibəsi şəhidi Elvin İsmayılovun doğum günüdür.
Elvin Arif oğlu İsmayılov 2002-ci ildə Sumqayıt şəhərində anadan olub.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 2-də döyüş tapşırığını yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb. Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.
Elvin ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.