Sumqayıtda imtahanlar keçirilib. Sumqayıt24 bu haqda 22 aprel tarixində xəbər verir.
Buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təşkil edilib.
DİM-də artıq imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb. Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb edir. Bu səbəbdən nəticələr yaxın dörd həftə ərzində elan olunacaq.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları bu gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.