Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan 60 yaşlı kişi itkin düşüb.
Sumqayit24.az-a bu barədə itkin düşən şəxsin qohumu - qardaşı oğlu məlumat verib.
Qeyd olunub ki, taksi fəaliyyəti ilə məşğul olan Azad Mustafa oğlu Mustafayev oktyabrın 1-də axşam saatlarında avtomobili ilə müştərini Bakı şəhəri, Binəqədi rayonuna aparıb.
Bildirilib ki, o, saat 20:40-da ailəsi ilə telefonla əlaqə saxlayıb. Bundan sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.
Azad Mustafayevin yerini bilən və ya onu görən şəxslərdən 055 531 11 34 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.