Sumqayıtda 28 yaşlı gənc batıb. Sumqayıt24 bu barədə 14 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə H.Z. Tağıyev qəsəbəsi yaxınlığında, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralıda, nəzarətsiz ərazidə qeydə alınıb. 28 yaşlı Nəsir Əmiraslanov dənizdə çimərkən boğulub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.