Əməkdar artist Dilarə Əliyeva çəki itirməsi ilə gündəmə gəlib.
Sumqayit24.az xəbər verir ki, sumqayıtlı aktrisa İnstaqram hesabında tərəzi görüntüsünü paylaşaraq, artıq 24 kiloqram çəki itirdiyini bildirib.
D.Əliyeva sağlam qidalanma ilə bu çəkiyə düşdüyünü vurğulayıb:
"24 kq çəki atıb, ağırlığın daşını atıb, elə yüngül və rahat olmuşam ki".
Qeyd edək ki, D.Əliyeva hazırda çəkisinin 59 kiloqram olduğunu bildirib.