Bu ilin yanvar-may ayları ərzində 34.056 doğulan körpə qeydə alıb.
Sumqayit24.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,0-a düşüb.
Doğulan körpələrin 53,5% oğlan uşaqları, 46,5% isə qız olub. Onlardan 1184-ü əkiz, 48-i isə üçəmdir.
Həmçinin cari ilin yanvar-may aylarında ölkədə 25.511 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6,0-a qədər artıb.