Hazırda Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir. Dumanda görünüş 50-500 metrədək məhdudlaşır.