top
Dünyaca məşhur novxanılı alim Lütfi Zadənin doğum günüdür
03 fevral 2025, 22:43
- ↺ +

Dünyaca məşhur novxanılı alim Lütfi Zadənin doğum günüdür

Dünya şöhrətli alim Lütfi Zadənin doğum günüdür.

Sumqayit24.az xəbər verir ki, Lütfəli Rəhim oğlu Ələsgərzadə 4 fevral 1921-ci ildə Novxanı qəsəbəsində dünyaya gəlib. Onun valideynləri Rəhim Ələsgərzadə jurnalist, anası Faniya Koriman isə pediatr olub.

Lütfi Zadə 1944-cü ildə Tehran Universitetini (İran) elektrik mü­həndisliyi ixtisası üzrə bitir­ib, 1944-1959-cu illərdə Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində (ABŞ) magistr və doktorluq elmi dərəcələrini alıb. O, 1959-cu ildən Berkli Kaliforniya Universitetində (ABŞ) professor kimi çalışıb, 1963-cü ildən isə buranın “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik edib.

Lütfi Zadənin ən böyük nəzəriyyəsi olan “qeyri-səlis məntiq” nəzəriyyəsi uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, 1980-ci illərdə yapon alimlərinin diqqətini cəlb edib. Hazırda bu nəzəriyyə Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony” kimi nüfuzlu şirkətlərində istifadə edilir. Həmçinin onun “vəziyyətlər fəzası”, “dinamik sistemlərin idarəolunma və müşahidəolunma” nəzəriyyələri hazırda ABŞ-nin Milli Kosmik Tədqiqatlar Mərkəzində (NASA) istifadə olunur.

Alim müxtəlif ölkələrin “Richard Hamming”, “Rufus Oldenburger”, “Egleston”, “Benjamin Franklin” və s. medallarına layiq görülüb. O, Azərbaycanın “Dostluq” ordeni və Nizami Gəncəvi adına qızıl medalı ilə təltif olunub. Lütfi Zadə 2001-ci ildə AMEA-nın fəxri (xarici) üzvü seçilib.

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-nin Berkli şəhərində dünyasını dəyişib. Bakının I Fəxri xiyabanında torpağa tapşırılıb.

2019-cu ildə ADA Universitetində Lütfi Zadə adına təqaüd təsis edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:06

Sumqayıtda hoteldə insident törədən qız HƏBS OLUNDU

Bütün xəbərlər
Bu gün, 17:28

Sumqayıtın bu yolu daha neçə can alacaq? - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda zibil problemi yanğın təhlükəsi yaradıb? - sakinlərdən SOS

Bütün xəbərlər
Bu gün, 15:26

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar tədbir keçirildi

Bütün xəbərlər
Bu gün, 14:38

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 13:56

Sumqayıt Dövlət Universitetindən beynəlxalq reytinqdə böyük irəliləyiş

Bütün xəbərlər
Bu gün, 12:59

Sumqayıtda sərnişinlərin rahatlığını pozan avtobus – ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 12:07

Sumqayıtda Anım Günü ilə bağlı tədbir keçirildi

Bütün xəbərlər
Bu gün, 11:23

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Bütün xəbərlər
Bu gün, 10:28

19 yaşında şəhid olan əsgərimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:54

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Bütün xəbərlər
Bu gün, 09:19

Sarayda israf olunan suya sakinlərdən ETİRAZ

İdman
Dünən, 18:05

İngiltərəli basketbolçu "Sumqayıt"da

İdman
Dünən, 17:13

Sumqayıtlı idmançı Afinada dünya çempionu oldu

İdman
Dünən, 16:13

Litva-Azərbaycan qarşılaşmasının hakimləri bəlli oldu

Bütün xəbərlər
Dünən, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
Dünən, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:33

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Bütün xəbərlər
Dünən, 13:33

Sumqayıtda qəzada ölən şəxs kapitan imiş…

Bütün xəbərlər
Dünən, 13:00

Mehdi Hüseynzadə adına stadionda təlim

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda qəza - "BMW" ilə "VAZ" toqquşdu

Bütün xəbərlər
Dünən, 11:53

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlayır

Bütün xəbərlər
Dünən, 11:34

Hərbçilərə pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Bütün xəbərlər
Dünən, 11:29

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

Oxşar xəbərlər