Sumqayıt Dövlət Universitetində (SDU) “Müasir ali təhsilin fəlsəfəsi – praqmatik metodları” mövzusunda təlim təşkil olunacaq. Bu haqda 17 aprel tarixində Sumqayıt24 xəbər verir.
Təlim fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubun təqdimatında keçiriləcək. Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutacaq tədbir aprelin 18-i saat 12:00-da kiçik akt zalında olacaq.