Sumqayıtda bir nəfər mənzildə bağlı qapı arxasında qalıb. Sumqayıt24 bu haqda 12 aprel tarixində xəbər verir.
Hadisə 14-cü məhəllə ərazisində baş verib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə müraciət edilib. Xilasedicilər dərhal çağırış üzrə cəlb olunublar. Onlar xüsusi alpinist ləvazimatlarından istifadə edərək 3-cü mərtəbəyə qalxıb, eyvandan mənzilə daxil olaraq vətəndaşa köməklik göstəriblər.
[video width="1280" height="720" mp4="https://sumqayit24.az/storage/photos/2024/04/Sumqayit-sahari-14-cu-mahalla-arazisinda-bir-nafarin-manzilda-bagli-qapi-arxasinda-qalmasi.mp4"][/video]