Sumqayıtda gecə saatlarında qoşulan nasos ətraf ərazilərdə yaşayan sakinlərin narazılığına səbəb olub.
Qurğu Heydər Əliyev prospekti ilə Azərbaycan prospektinin kəsişməsində quraşdırılıb. Sumqayit24.az-a sakinlərdən daxil olan məlumata görə, nasos demək olar ki, hər gecə işə salınır və yüksək səs-küy yaradır.
Sakinlər bildirirlər ki, səs gecəyarısından sonra daha aydın eşidilir və bu səbəbdən evlərdə rahat yatmaq mümkün olmur. Onlar problemin araşdırılmasını və səs-küyün aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər.