Sumqayıtda havaya normadan artıq tullantılar atan şadlıq sarayları və restoranların adları məlum olub. Bu haqda 30 aprel tarixində Sumqayıt24 Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Aparılan monitorinqlər zamanı şəhərdə fəaliyyət göstərən “Yeni Həyat", “Romanse”, “Veqas", “Tərlan" və ”Orman” şadlıq sarayları və restoranlardan havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktlarla bağlı qeyd olunan obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib edilib. Qanunamüvafiq tədbirlər görülüb.