top
TikTokda qız adı ilə keçmiş yeznəsini evinə çağırıb döydü - MƏHKƏMƏ
Bu gün, 11:55
- ↺ +

"TikTok"da qız adı ilə keçmiş yeznəsini evinə çağırıb döydü - MƏHKƏMƏ

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akif Tağıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Məlumata görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Nəticədə apellyasiya şikayəti təmin edilməyib.

İttihama əsasən, Akif Tağıyev bacısının keçmiş əri, zərərçəkmiş Cəlal Balayevlə münasibətlərə aydınlıq gətirmək məqsədilə onunla əlaqə saxlamaq üçün fərqli üsula əl atıb. O, "TikTok" sosial şəbəkəsində qız adına açılmış profil vasitəsilə zərərçəkmiş şəxslə yazışaraq onu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Kristal Abşeron 1" yaşayış kompleksində kirayədə qaldığı mənzilə dəvət edib.

Hadisə gecə saatlarında baş verib. Cəlal mənzilə daxil olduqdan dərhal sonra təqsirləndirilən şəxs ondan bacısı ilə boşanmasının səbəblərini soruşmağa başlayıb. Qısa müddət sonra tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

İstintaq materiallarında qeyd olunur ki, mübahisə zamanı Akif əlindəki dəmir parçası ilə zərərçəkmişin sol qoluna zərbə endirib, daha sonra əl və ayaq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Nəticədə zərərçəkmiş şəxs sol bazunun yuxarı hissəsində bazu oynağını əhatə edən geniş qançır, həmçinin sağ bazusunda müxtəlif bədən xəsarətləri alıb.

Bundan sonra hadisə daha da gərginləşib.

Belə ki, təqsirləndirilən şəxs mənzildəki masanın üzərində olan bıçağı götürərək Cəlalın üzərinə gedib. Zərərçəkmiş bıçağın tiyəsindən tutaraq onu zərərsizləşdirməyə çalışarkən, Akif bıçağın dəstəyini geri çəkməklə onun əllərinin kəsilməsinə səbəb olub.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Cəlalın sağ əlin ovuc hissəsində üç kəsilmiş yara, sağ əlin beşinci barmağında və sol əlin dördüncü barmağında kəsilmiş-deşilmiş yaralar, həmçinin hərəkət məhdudluğu ilə müşayiət olunan xəsarətlər aşkarlanıb. Bu xəsarətlər həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

İstintaq orqanı hesab edib ki, təqsirləndirilən şəxs zərərçəkmişə qəsdən sağlamlığa yüngül zərər vurub.

Toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə ittiham elan olunub.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Akif Tağıyevə 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Mənbə: Pravda.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:25

Maşınların bu yola girişi qadağandır - 100 manat cəriməsi var

Bütün xəbərlər
Bu gün, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Bütün xəbərlər
Bu gün, 10:48

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Bütün xəbərlər
Bu gün, 10:40

Sumqayıt sakinini şantaj edən jurnalistlərə HÖKM OXUNDU

Bütün xəbərlər
Bu gün, 10:10

Sumqayıtdan həkimləri çağırışa çatdıran sürücü sükan arxasında öldü

Bütün xəbərlər
Bu gün, 09:40

Novxanı yolunda ağır qəza

Bütün xəbərlər
Bu gün, 09:15

Bakı-Sumqayıt yolunda qəzaya düşən tanınmış fotoqraf imiş

Bütün xəbərlər
Bu gün, 01:00

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 13:07

Azərbaycan əsgəri ilə çiyin-çiyinə - Qarabağ müharibəsi cərrahın gözü ilə

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin başlamasından 6 il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 18:06

Sumqayıtda hoteldə insident törədən qız HƏBS OLUNDU

Bütün xəbərlər
26 sentyabr 2026, 17:28

Sumqayıtın bu yolu daha neçə can alacaq? - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
26 sentyabr 2026, 16:30

Sumqayıtda zibil problemi yanğın təhlükəsi yaradıb? - sakinlərdən SOS

Bütün xəbərlər
26 sentyabr 2026, 15:26

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar tədbir keçirildi

Bütün xəbərlər
26 sentyabr 2026, 14:38

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
26 sentyabr 2026, 13:56

Sumqayıt Dövlət Universitetindən beynəlxalq reytinqdə böyük irəliləyiş

Bütün xəbərlər
26 sentyabr 2026, 12:59

Sumqayıtda sərnişinlərin rahatlığını pozan avtobus – ŞİKAYƏT

Bütün xəbərlər
26 sentyabr 2026, 12:07

Sumqayıtda Anım Günü ilə bağlı tədbir keçirildi

Bütün xəbərlər
26 sentyabr 2026, 11:23

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Bütün xəbərlər
26 sentyabr 2026, 10:28

19 yaşında şəhid olan əsgərimizin xatirəsi anılır

Bütün xəbərlər
26 sentyabr 2026, 09:54

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Bütün xəbərlər
26 sentyabr 2026, 09:19

Sarayda israf olunan suya sakinlərdən ETİRAZ

Oxşar xəbərlər