Sumqayıtda keçirilən konsertdə maraqlı anlar yaşanıb. Sumqayıt24 bu haqda 21 avqust tarixində xəbər verir.
Gənc müğənni Hissin səhnədəki çıxışından sonra avtomobilinə doğru gedən ifaçı fanat “seli” ilə qarşılaşıb. O, hər kəslə səmimi ünsiyyət qurub, şəkil çəkdirən zaman fanatlardan birinə öz üzüyünü hədiyyə edib.