İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin kollektivi görüş keçirib. Bu haqda 18 avqust tarixində Sumqayıt24 məlumat verir.
Toplantı Sumqayıt Gənclər Evində təşkil olunub. Burada idman məktəbinin iş planı, idmançıların təlim-məşq toplanışlarında, yarışlarda iştirakının təmin edilməsi, idmançıların ölkə və beynəlxalq yarışlarda təmsil olunması və digər məsələlər təhlil edilib.
Eyni zamanda idman məktəbinin yeni tedris ili üçün hazırlıq planı müzakirə olunub.