Sumqayıtın ərazisi 120 kvadrat kilometrə yaxındır. Maraqlıdır ki, dünyada ərazisinə görə Sumqayıtdan kiçik olan 5 müstəqil dövlət var.
Vatikan – dünyanın ən kiçik dövləti və dünya katoliklərinin mərkəzi sayılan Vatikanın ərazisi cəmi 0,49 km²-dir. Sumqayıt Vatikandan təxminən 245 dəfə böyükdür.
Monako – Aralıq dənizi sahilində yerləşən, lüks həyatı və Monte-Karlo kazinosu ilə məşhur olan Monakonun ərazisi 2,08 km²-dir. Yəni, ərazisinə görə, Sumqayıtdan 58 dəfə kiçikdir.
Nauru – Sakit okeanda yerləşən ada dövləti Naurunun ərazisi cəmi 21 km²-dir. Sumqayıt bu kiçik ada dövlətindən təxminən 5,7 dəfə böyükdür.
Tuvalu – Sakit okeanda yerləşən və iqlim dəyişikliyinin yaratdığı təhlükələrlə tez-tez gündəmə gələn Tuvalunun ərazisi 26 km²-dir. Sumqayıt Tuvaludan təxminən 4,6 dəfə böyükdür.
San Marino – İtaliyanın daxilində yerləşən və dünyanın ən qədim respublikalarından biri hesab olunan San Marinonun ərazisi 61 km²-dir. Demək olar ki, Sumqayıtdan iki dəfə kiçidir.
Yəni 120 km²-lik ərazisi ilə Sumqayıt dünyanın 5 müstəqil dövlətindən daha böyükdür.