top
Xəzərin gələcəyi necə olacaq? - Alimdən vacib açıqlama
19 avqust 2026, 16:47
- ↺ +

Xəzərin gələcəyi necə olacaq? - Alimdən vacib açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəzər dənizinin səviyyəsinin son illər intensiv şəkildə aşağı düşməsi alimlərin diqqətində olan əsas məsələlərdəndir. Dənizin gələcək vəziyyətinə dair müxtəlif modellər və ssenarilər hazırlansa da, uzunmüddətli dövr üçün dəqiq proqnoz vermək çətindir. Xəzərin səviyyə dəyişməsinə iqlim və su balansı ilə yanaşı, tektonik proseslər və güclənən antropogen təzyiq də təsir göstərir. Xəzər dənizinin yaxın 10–20 ildəki vəziyyəti ilə bağlı müəyyən proqnozlar hazırlamaq mümkündür, lakin dənizin səviyyəsinin gələcək dinamikasını tam dəqiqliklə müəyyənləşdirmək çətindir.

Bu fikirləri Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru Səidə Zeynalova bildirib.

Alimin sözlərinə görə, elmi tədqiqatların əsas nəticələrindən biri də proqnozlaşdırmadır. Bu məqsədlə müxtəlif ssenarilər və modellər qurulur. Lakin Xəzər kimi mürəkkəb təbii sistemin gələcək vəziyyətinə çoxsaylı amillər təsir etdiyindən uzunmüddətli proqnozların tam dəqiq olması mümkün deyil. Xəzər dənizinin səviyyəsinin dəyişməsində bir sıra təbii və antropogen amillər rol oynayır. İqlim dəyişiklikləri, su balansının dəyişməsi, çaylardan dənizə daxil olan suyun azalması və buxarlanmanın artması hazırda əsas amillər sırasında göstərilir. Bununla yanaşı, alim tektonik proseslərin diqqətdə saxlanılmasını vacib hesab edir. Xəzər dənizinin cənub və qərb hissələri seysmik baxımdan daha aktiv ərazilərdir. Mərkəzi Xəzərin müəyyən hissələri nisbətən sabit olsa da, qərb və cənub akvatoriyalarında tektonik proseslər dənizin səviyyə dəyişmələrinin səbəbləri araşdırılarkən nəzərə alınmalıdır.

S.Zeynalova, həmçinin Xəzərin səviyyəsinin tarix boyu dəfələrlə qalxıb-endiyini qeyd edib. O bildirib ki, bu proses yeni deyil və müxtəlif geoloji dövrlərdə iqlim və tektonik amillər dənizin səviyyəsinə təsir göstərib. Lakin müasir dövrdə vəziyyəti fərqləndirən əsas məqamlardan biri antropogen təsirin əhəmiyyətli dərəcədə güclənməsidir.

Alim Lənkəran rayonunun Kənarmeşə ərazisində aparılan tədqiqatların Xəzərdə baş verən dəyişiklikləri müşahidə etmək baxımından maraqlı nəticələr verdiyini deyib. Onun sözlərinə görə, dənizin səviyyəsinin aşağı düşməsi nəticəsində sahildə qədim meşə qalıqları – ağac kötükləri üzə çıxıb. Tədqiqatçılar 2025-ci ilin noyabrında həmin ərazidə ilk müşahidələri aparıb və təxminən 30 qədim ağac kötüyü aşkar ediblər. Onlardan nümunələr götürülərək laboratoriyada analizlər aparılıb. Lakin 2026-cı ilin aprelində kötüklərdən yalnız ikisinin səthdə qaldığı müşahidə olunub. 2026-cı ilin avqustunda aparılan müşahidələr zamanı isə həmin kötüklərin demək olar ki, heç birinin səthdə görünmədiyi müəyyənləşdirilib. Qısa müddət ərzində sahil zolağının landşaftında ciddi dəyişiklik baş verib. Ərazidə suyun çəkilməsi nəticəsində əvvəlki akval landşaftın yerini kontinental şəraitə uyğunlaşan landşaft tutub. Lakin sonrakı müşahidələr zamanı kontinental şəraitdə formalaşmış bəzi bitkilərin yenidən su altında qaldığı müəyyənləşdirilib. Bu müşahidələr Xəzərin səviyyəsində müəyyən dalğalanmaların baş verə biləcəyini göstərir. Buna görə də hazırkı su çəkilməsini gələcəkdə fasiləsiz davam edəcək proses kimi qiymətləndirmək düzgün olmaz. Müəyyən müddətdən sonra dəniz səviyyəsində yenidən yüksəlmə müşahidə oluna bilər.

Alim vurğulayıb ki, Xəzərin gələcək vəziyyəti ilə bağlı daha dəqiq nəticələr əldə etmək üçün genişmiqyaslı və uzunmüddətli tədqiqatların aparılmasına ehtiyac var. Bu tədqiqatlarda həm ənənəvi çöl müşahidələrindən, həm də müasir texnologiyalardan – məsafədən zondlama və Coğrafi İnformasiya Sistemləri analizlərindən istifadə edilir. Xəzərin səviyyəsində baş verən dəyişiklikləri yalnız bir amillə izah etmək mümkün deyil. İqlim, su balansı, buxarlanma, çay axınları, tektonik proseslər və insan fəaliyyətinin təsiri birlikdə qiymətləndirilməlidir. Xəzərin gələcək vəziyyəti ilə bağlı elmi proqnozların hazırlanması davam etdiriləcək.

Mənbə: Azertag.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:30

16 yaşdan aşağı şəxslər müvafiq platformalarda "profil" aça bilməyəcəklər

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah yağış yağacaq?

Bütün xəbərlər
Bu gün, 13:25

Azərbaycanda yağın qiyməti kəskin artıb

Bütün xəbərlər
Bu gün, 12:55

"Sumqayıtda elə şərait yaratmalıyıq ki, gənc musiqiçilər öz bacarıqlarını inkişaf etdirə bilsinlər" - Natəvan Həsənova

Bütün xəbərlər
Bu gün, 12:25

Məktəblərdə "Tiktok"a giriş məhdudlaşdırılıb

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıtda yeni zavod açılıb

Bütün xəbərlər
Bu gün, 11:20

Bakı-Sumqayıt yolunda "Bolt" sürücüsü qadına zorakılıq edib?

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtlı Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi

Bütün xəbərlər
Bu gün, 10:26

"Qorxmaz" ləqəbli qazinin nəşi Sumqayıt Şəhidlər xiyabanına köçürülür

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda avtobusların bitmək bilməyən "xəstəliyi"

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda qadın işçi işləyərkən xəsarət aldı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Dünən, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Dünən, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Dünən, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Oxşar xəbərlər