Sumqayıtda həftəsonunadək hava şəraiti əsasən yağmursuz keçəcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 20-si gündüzdən 21-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu 29-33 dərəcə isti olacaq. Həftə sonlarında avqustun 22-23-də mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək və havanın maksimal temperaturunun 30-35 dərəcə isti olacağı gözlənilir.