Sumqayıtda martın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayın 1-dən 2-nə keçən gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1-4° isti olacağı gözlənilir.
Gecə və səhər bəzi yollar buz bağlayacaq.