Nizami Gəncəvi adına Kitabxana Klubunda məlumat saatı keçirilib. Bu haqda 11 avqust tarixində Sumqayıt24 məlumat verir.
“Yayı kitabla keçirək” layihəsi çərçivəsində kitabxananın əməkdaşı Səadət Allahverdiyeva daimi və yeni abunə olan oxuculara fondun uşaq kitabları haqqında bəhs edib.
Daha sonra şifahi xalq ədəbiyyatının bir qolu olan tapmacalar haqqında danışılıb. İştirakçılar bir-birinə tapmacalar söyləyib, açmasını tapıblar. Kiçik yaşlı oxuculara “Balalara hədiyyə” başlıqlı sərgi haqqında məlumat təqdim olunub. Sonda xatirə şəkilləri çəkilib.