Novxanı kənd 28 nömrəli körpələr evi-uşaq bağçasında Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. Bu haqda 14 mart tarixində Sumqayıt24 Den.az-a istinadən məlumat verir.
Tədbirdə bağça kollektivi və balaca fidanlar iştirak ediblər. İlk öncə bağça müdiri Səfa İbrahimova tədbir iştirakçılarını salamlayıb. O, Novruz bayramının əhəmiyyəti haqqında danışıb.
Daha sonra şənlik balacaların bir-birindən maraqlı çıxışları, Kosa və Keçəlin əyləncələri ilə davam edib.