top
“Məktəbli avtobuslarının tətbiqi nəqliyyat sıxlığını azaldacaq” – Ekspertlərdən AÇIQLAMA
15 aprel 2025, 10:46
- +

“Məktəbli avtobuslarının tətbiqi nəqliyyat sıxlığını azaldacaq” – Ekspertlərdən AÇIQLAMA

Növbəti tədris ilindən məktəb avtobuslarının fəaliyyətə başlaması planlaşdırılır.

Bu haqda elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda layihə əsasən nəqliyyatın sıx olduğu ərazilərdə yerləşən məktəblərdə sınaqdan keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapan “Məktəbli avtobusları” layihəsinin artıq növbəti tədris ilindən həyata keçirilməsi planlaşdırılır.

Bəs, görəsən, ümumiyyətlə məktəbli avtobusları nə vəd edir? Bu, təhsilə nə kimi təsir edəcək?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, məktəb avtobuslarının olması çox yaxşı bir təcrübədir:

“Dünya ölkələrinin çoxunda belə bir layihələr var. Bu, yaxşı ənənədir. Bizdə də bunun tətbiqinə ehtiyac var. Amma bu, böyük bir vəsaiti tələb edən məsələdir. Düşünürəm ki, biz bu problemi həll etməliyik.

Bu gün şəhərdə sıxlığı yaradan əsas faktorlardan biri valideynlər tərəfindən uşaqların məktəblərə daşınmasıdır. Məktəblər bağlı olanda biz bunu aydın görürük və hiss edirik. Ona görə də bu istiqamətdə müəyyən addımların atılması məqsədəuyğundur. Bu həm valideynlərin işini, həm də nəqliyyat sıxlığını azaldacaq. İzdihamın və gərginliyin də qarşısı alınacaq”.

Təhsil eksperti Elçin Süleymanov isə qeyd edib ki, bu təcrübə özəl məktəblərdə uzun müddətdir ki, tətbiq olunur:

“Bu, dünyada inkişaf etmiş ölkələrdə də tətbiq olunur. Uşaqların təhlükəsiz və tez çatması üçün, düşünürəm ki, faydalı addımdır. Valideynlər üçün də kifayət qədər faydası var. Tıxaclarda vaxt itkisi olmayacaq. Amma bunu təşkil etmək mürəkkəbdir.

Əksər ölkələrdə bu, valideynlərin dəstəyi ilə olur. Burada məktəb sadəcə təşkilatçıdır. Valideyn, müəllim və məktəb Şurası müxtəlif daşıyıcı şirkətlər ilə müqavilə bağlayır. Dünya təcrübəsində şagirdlər yaxın ərazilərə daşınır, məsafə uzaq olduqca şagirdlərin toplanması və məktəbə çatdırılması uzun çəkə bilər. Bun görə də valideynlər övladlarını yaşadıqları əraziyə ən yaxın məktəbə göndərsələr daha yaxşı olar. Məktəb avtobusunun tətbiqi həm vaxt itkisinin qarşısını alar, həm də tıxaclar azalar”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
Bu gün, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda avtobus sürücüsündən qeyri-peşəkar davranış - VİDEO

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda hündürlükdən yıxılan fəhlə öldü

Bütün xəbərlər
Bu gün, 11:46

Sumqayıtda pensiyalar ödənildi

İdman
Bu gün, 11:43

UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?

İdman
Bu gün, 11:13

Sumqayıtlı Avropa çempionu azarkeşlərlə görüşəcək

Bütün xəbərlər
Bu gün, 10:43

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Bütün xəbərlər
Bu gün, 10:13

"Sumqayıt" serbiyalı legionerini "Turan Tovuz"a satdı

Bütün xəbərlər
Bu gün, 09:43

19 yaşında Murovdağ döyüşlərində şəhid olan Cəbrayılın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:09

Elektrik kəsintisi olacaq ərazilər AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
Dünən, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Bütün xəbərlər
Dünən, 16:20

Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

Bütün xəbərlər
Dünən, 16:13

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

İdman
Dünən, 16:00

Adil Şükürov: "Sumqayıt" şimal zonasındakı uşaqların futbol məbədi olacaq"

Bütün xəbərlər
Dünən, 15:30

Sabah Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

İdman
Dünən, 14:30

Avropanı 24 saniyəyə fəth edən sumqayıtlı cüdoçu: "Tez qalib gələcəyimi hiss edirdim"

Bütün xəbərlər
Dünən, 14:00

Sarayda havaya tüstü yayan zavodla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 13:30

Yoldan keçənə kəllə vurdu, Sumqayıt məhkməsi azadlığa buraxdı

Bütün xəbərlər
Dünən, 13:02

Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu

Oxşar xəbərlər