Sumqayıtın mərkəzi küçələrindən biri bərbad vəziyyətdədir.
Belə ki, Nizami küçəsində yaranan vəziyyət vətəndaşların ciddi narahatlığına səbəb olub. Sakinlər bildirirlər ki, küçə boyu yerləşən məhəllələrdə də vəziyyət eynidir - ya səkilər bərbad haldadır, ya da ümumiyyətlə məhəllədə hərəkət etmək mümkün deyil.
Yağışlı günlərdə isə Nizami küçəsi Venesiyanı xatırladır. Sakinlərin sözlərinə görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin yaxınlığındakı bu məhəllələrə göstərilən biganəlik vəziyyəti hər gün daha da ağırlaşdırır.
Mənbə: Avtosfer.аz