"Sumqayıt" klubu futbolçusu ilə vidalaşıb.
Sumqayit24.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviç "Turan Tovuz"a transfer olunub. Qərb təmsilçisi yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu karyerası ərzində vətənində "Partizan", "Çukariçki", "Vozdovaç" klublarında da çıxış edib.