Gələn ayın qeyri-iş günləri açıqlanıb. Sumqayıt24 bu haqda 15 aprel tarixində xəbər verir.
9 May – Faşizm Üzərində Qələbə Günü və 28 May – Müstəqillik Günü istirahət günləri hesab edilir. Şənbə və bazar günlərini də əlavə etdikdə gələn ay 10 gün iş olmayacaq.
Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar apreldə 11, martda isə Novruz tətilinə görə 15 gün iş olmayıb.