Sumqayıt şəhəri, “Mero” kimi tanınan əraziyə gedən yolda işıqlandırma sistemi yoxdur. Bu haqda 2 sentyabr tarixində Sumqayıt24 məlumat verir.
Bu hal Ocaq küçəsində müşahidə olunur. Sakinlərin sözlərinə görə, gecə saatlarında küçənin qaranlıq olması avtomobil və piyadaların hərəkəti çətinləşir. Yağışlı havada isə tez-tez qəzalar baş verir.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Report.az-a verilən məlumata görə, son illər şəhərdə müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir.
Qeyd edilib ki, şəhər daxilində küçə və prospektlərdə işıqlandırma sistemləri tamamilə yenidən qurulub.