Azərbaycanın Milli Qəhrəmanı şəhid Şükür Həmidovun ailəsinə ağır itki üz verib. Bu haqda 11 avqust tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
Məlumata görə, şəhid polkovnik Şükür Həmidovun atası Nəriman Həmidov dünyasını dəyişib.
Qeyd edək ki, Şükür Həmidov 1975-ci ildə Qubadlının Armudlu kəndində anadan olub, rayonun işğalından sonra isə ailəsi ilə birlikdə Sumqayıtda məskunlaşıb.