Samur-Abşeron kanalının Novxanı qəsəbəsindən keçən hissəsində antisanitar vəziyyət hökm sürür.
Bu barədə Sumqayit24.az-a həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, adıçəkilən kanal məişət tullantıları ilə zibillənib. Nəticədə ərazidə antisanitar vəziyyət yaranıb. Qeyd olunub ki, bu hal yaxınlıqda yaşayan sakinlərin gündəlik yaşayış şəraitinə ciddi təsir edir.
Sakinlər aidiyyəti qurumlardan mövcud problemə diqqət ayrılmasını və ərazinin tullantılardan təmizlənməsini tələb edirlər.