Sumqayıtda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb. Sumqayıt24 bu haqda 12 iyul tarixində məlumat verir.
Sumqayıt şəhəri V.İbrahim adına 35 nömrəli tam orta məktəbin müəllim kollektivi şəhid məzun Niyaməddin Ələkbərovun məzarını ziyarət edib. Kollektiv şəhidin məzarı önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyub.
Niyaməddin Ələkbərov ölümündən sonra "Vətən uğrunda", 3-cü dərəcəli "Vətənə xidmətə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.