2 nömrəli Sumqayıt şəhər xəstəxanasında maarifləndirici seminar keçirilib. Bu haqda 23 aprel tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
Tibb ocağının oftalmoloq-cərrahlarının, müxtəlif ixtisaslı həkimlərin qatıldıqları təlimdə göz xəstəlikləri uzmanı Rəsul Dadayev “Diabetik retinopatiya” mövzusunda geniş təqdimatla çıxış edib. O, diabetik retinopatiyanın aşkar edilməsi üçün tətbiq olunan müayinə üsullarından və xəstəliyin müalicə yollarından danışıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.