Nəsimi adına mədəniyyət və istirahət parkında yaşıllıqlar artırılır. Sumqayıt24 bu haqda 26 aprel tarixində DünyaTV-yə istinadən xəbər verir.
Parkda 2000 qızılgül kolu əkilib. Həmçinin oturacaqlar rənglənir, ağacların dibləri bellənir. Sakinlərin istirahəti üçün şərait yaradılır.
Qeyd edək ki, istirahət guşəsində küləyə və quraqlığa davamlı 39 növ ağac əkilib.